Borçalının
kitab aləmi
Ölkəmizdə kitab istehsalı sahəsində mühüm uğurlara imza atan çap müəssisələrindən biri də 1997-ci ildə “Təhsil” Elm-İstehsalat Mərkəzi tərəfindən təsis edilmiş “Borçalı” nəşriyyatıdır. İndiyədək onlarla elmi-pedaqoji və bədii əsərlər nəşr edən və onların təbliğatını reallaşdıran müəssisə dəfələrlə kitab sərgilərində iştirak edib və fəxri fərmanlarla təltif olunub.
Nəşriyyatın direktoru Müşfiq Borçalı bu sərgiləri kitabçı ilə oxucu arasında ən yaxşı vasitə kimi dəyərləndirir və hər dəfə oxucular önünə yeni və fərqli nümunələrlə çıxmağa çalışdıqlarını deyir: “Çap məhsullarımız əsasən Borçalıda yaşayıb-yaradan soydaşlarımızın elmi, ədəbi, bədii yaradıcılıq nümunələrindən ibarətdir. Bundan əlavə, bir sıra elmi, elmi-pedaqoji və publisistik kütləvi kitabları da nəşr edərək oxucuların ixtiyarına veririk. Bu çap nümunələrimizi soydaşlarımızın sıx yaşadığı Borçalıda yaymaq və onların ana dilimizdə kitablarla təminatına töhfə vermək istəyirik”.
Belə sərgilərin həm nəşriyyatlar
üçün, həm də oxucular üçün böyük əhəmiyyəti olduğunu deyən naşir
budəfəki sərgidə oxuculara 8 cildlik "Borçalı
ensiklopediyası", 3 cildlik
"Sazlı-sözlü Başkeçid",
"Borçalı ədəbi məktəbi",
"Borçalı toponimləri", "Borçalı
aşıqları", "Borçalı şəhidləri",
"Borçalı folkor
antologiyası", "Gürcüstanda
Azərbaycan mətbuatı", eləcə də
"Addımlar" ədəbi məcmuəsi və s. kitabları nümayiş
etdirəcəklərini bildirdi.
Mədəniyyət.- 2015.- 16
sentyabr.- S. 12.