“Hədəf nəşrləri”nin yeni layihələri

 

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edəcək nəşriyyatlardan biri də “Hədəf nəşrləri”dir. “Hədəf nəşrləri” kitab bayramında xatirə ədəbiyyatından olan kitabları, uşaqlar üçünTariximizi tanıyaq, tanıdaq” layihəsindən olan boyama kitablarını, 5-10 yaşlı uşaqlar üçün nəzərdə tutulan “Dədə Qorqud” adlı audio-kitabı (CD) və s. nümayiş etdirəcək. Nəşriyyat ümumilikdə 100-ə yaxın metodik kitab, 150-yə yaxın bədii kitab və 50-yə yaxın uşaq nəşri ilə sərgiyə qatılacaq.

“Hədəf nəşrləri”nin direktoru Müşviq Xan belə tədbirlərin kitaba marağın artırılmasında rolunun yüksək olduğunu bildirir: “Belə sərgilərin, kitab bayramlarının və imza günlərinin keçirilməsinin kitaba marağın artırılmasında əhəmiyyəti böyükdür. Sərginin ikinci günü - sentyabrın 17-də I Avropa Oyunları zamanı başlatdığımız “Yazıçılarımızı dünyaya tanıdaq” layihəsinin təqdimatını keçirəcəyik. Təqdimat zamanı qonaqlara broşürlər, kitablar hədiyyə olunacaq. Eyni zamanda Şəmil Sadiqin hekayələr kitabının təqdimatı keçiriləcək, “Hədəf nəşrləri”ndən gənc yazıçıların kitablarından birini alan hər kəsə həmin hekayələr kitabı hədiyyə veriləcək. Yeni dərs ilinin başlaması və sərgi ilə əlaqədar kitablarımızda endirim edəcəyik”.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 16 sentyabr.- S. 11.