Moskvada “İpək Yolu” mədəniyyət forumu

Sentyabrın 14-də Rusiya paytaxtında “İpək yolu” II Beynəlxalq Mədəniyyət Forumu keçiriləcək. Forumda 16 ölkənin, o cümlədən Azərbaycanın nümayəndələri iştirak edəcəklər. Forumun əsas mövzusu “Əməkdaşlığın inkişafı. Mədəniyyət sahəsində əməkdaşlıqda birgə layihələrin işlənilməsi”dir. Forumun yekununda dövlətlərarası yeni strukturun - “İpək Yolu - Avrasiya Mədəni Əməkdaşlıq Təşkilatı”nın yaradılması haqqında saziş imzalanacaq.

Forum çərçivəsində Avrasiyadan olan gənc rəssamların “Bizim yolumuz arzularadır” adlı sərgisi də keçiriləcək.

Qeyd edək ki, “İpək Yolu” II Beynəlxalq Mədəniyyət Forumu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilir.

 

Mədəniyyət.- 2015.- 16 sentyabr.- S. 7.