Fransa səfirliyində azərbaycanlı
rəssamın sərgisi
Sentyabrın 15-də Fransanın Azərbaycandakı səfirliyində rəssam Rübabə Mircavadovanın “Fransa mədəniyyətindən təsirlənərək” adlı sərgisi açılıb.
Sərgidə fırça ustasının Fransa mədəniyyəti mövzusunda 25 əsəri nümayiş olunub. Fransanın Azərbaycandakı səfiri Paskal Mönye qonaqları salamlayaraq sərginin əhəmiyyətindən söz açıb. Diplomat belə sərgilərin açılmasının hər zaman maraqla qarşılandığını diqqətə çatdırıb. 2010-cu ildə rəssam Rübabə Mircavadovanın Fransanın ədəbiyyat və incəsənət ordeni ilə təltif edilməsini bildirən diplomat bunun incəsənətə və rəssamın sənətinə göstərilən qayğının nəticəsi olduğunu vurğulayıb.
Rübabə Mircavadova ona göstərilən diqqətə görə
hər kəsə təşəkkürünü bildirib. Sonra qonaqlar sərgi ilə tanış olublar. Qeyd edək ki, rəssam Rübabə Mircavadova
görkəmli Azərbaycan rəssamı Cavad
Mircavadovun qızıdır.
Mədəniyyət.- 2015.- 16
sentyabr.- S. 6.