Xəzəryanı
regionda turizmin inkişaf perspektivləri
Aktau şəhərində beynəlxalq forum və konfrans
16-17 sentyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində "Xəzəryanı regionda turizmin inkişafı perspektivləri" adlı II beynəlxalq forum və TÜRKSOY təşkilatının dəstəyi ilə "Tarixi hadisələrin və əfsanələrin Mangistaunun turist obyektlərinin toponimikasına təsiri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev və Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov iştirak edəcək.
"Xəzəryanı regionda turizmin
inkişafı perspektivləri" adlı forumda
mehmanxanaların idarəetməsi və mehmanxanaların təsnifatı
üzrə xarici ölkələrin
ekspertləri tərəfindən geniş
təqdimat keçiriləcək və aidiyyəti sahənin
inkişafı ilə bağlı fikir
mübadiləsi aparılacaq. Elmi-praktik
konfransda tarixi hadisələrin
və əfsanələrin turizmdə istifadə imkanlarına
və təcrübəsinə dair
müzakirələr aparılacaq.
Mədəniyyət.- 2015.- 16
sentyabr.- S. 6.