IV Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkasının
qonaqları
İlk təəssüratlar, rəylər, düşüncələr
IV Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkasında müxtəlif
ölkələrin nəşriyyat-poliqrafiya müəssisələri
təmsil olunur. Eləcə də bir neçə ölkənin milli
kitabxanasının rəhbərləri qonaq
qismində beynəlxalq tədbirdə iştirak
edirlər. Onlardan bir
neçəsi səfərlə bağlı ilk
təəssüratlarını, sərgi-yarmarka barədə
fikirlərini qəzetimizlə bölüşdü.
“Kitab mirasdır. Bu miras düşüncəmiz, istedadımız üçündür”
Çin
Xalq Respublikası Milli Kitabxanasının direktoru Han Yongjin:
- Kitab sərgiləri hər şeydən öncə insanları oxumağa, mütaliəyə
səsləyən xoşməramlı
təşəbbüsdür. Burada insanlar xoşlarına gələn, öz oxucu zövqlərini oxşayan kitabları tapırlar. İnsan ağlı hər
zaman kitabla əhatə olunur. Məhz kitab oxuduqdan sonra insanda intellekt
artır, oxucu zövqü formalaşır.
Çinin böyük şəhərlərində
hər il
belə sərgilər
olur. İlk dəfədir ki,
Azərbaycanın paytaxtı
Bakıya səfər
edirəm. Düşünürəm
ki, elə ilk andan hər bir şey gözəl
xatirəyə çevriləcək:
gözəl şəhər,
xeyirxah insanlar, bərəkətli torpaq. Bütün bunlar artıq bizdə yaxşı hisslər oyandırdı.
Təsəvvür edin, ilk dəfə
gəldiyin ölkədə
insanlar səni köhnə dostu kimi qarşılayır.
Tədbirdən öncə Azərbaycan
Milli Kitabxanasının
direktoru Kərim Tahirovla çay süfrəsi arxasında söhbət edərkən
o qədər oxşar
xüsusiyyətlərimiz ortaya
çıxdı ki, özüm də təəccübləndim. Əvvəllər qədim İpək
Yolu həm Çindən, həm də Azərbaycandan keçib. İndi kitab sahəsində
əməkdaşlıq bizi
bir araya gətirib.
İndi dünyada elm və informasiyanın yeni inkişaf metodları ilə rastlaşırıq. Ona görə də bizi belə bir sual düşündürür:
elm və informasiya vasitəsilə kitabxanalarda
öz gələcəyimizi
necə inkişaf etdirə bilərik. Mənim Bakıya səfər etdiyim heyətdə həm də alimlər təmsil olunur. Biz gələcəkdə
bu sahədə də işləyəcəyik.
Bu təkcə başlanğıc deyil, gələcəyimiz üçün
çox tutarlı addımdır.
Qədim Çin filosoflarından biri deyir ki,
hansı dinə sitayiş etməsindən
asılı olmayaraq kitabxana Allahın yanındadır. Kitab mirasdır. Bu
miras düşüncəmiz,
istedadımız üçündür.
“Kitab sərgilərinin keçirildiyi ölkələrdə
insanların intellektual
səviyyəsi də
yüksək olur”
Belarusun
“Makbel” kitab ticarəti və nəşriyyat müəssisəsinin
baş direktoru Dmitri Makarov:
- Dünyada keçirilən
belə kitab sərgi-yarmarkaları insanları
bir araya gətirir, fikir mübadiləsinə səbəb
olur. Düşünürəm ki, dövlət
belə tədbirləri
dəstəkləməlidir. Yox, əksinə, əgər dəstək vermirsə, deməli, onun kitaba marağı yoxdur. Bu günə
qədər dünyanın
bir çox yerlərində olmuşam
və ən müxtəlif səviyyəli
beynəlxalq kitab sərgi-yarmarkalarında işitrak
etmişəm. Deyərdim ki,
Azərbaycan kitabı
həm dizayn, həm də məzmun baxımından dünyanın ən yaxşı kitablarından
biridir. Məsələn, Azərbaycanın tanınmış şairi
Çingiz Əlioğlunun
da kitabının təqdim edildiyi Frankfurt sərgisində Azərbaycan
çox gözəl təmsil olundu. Ölkənizin stendinə maraq
böyük idi.
Azərbaycan Minsk kitab sərgisində
də iştirak edir.
Azərbaycanın paytaxtı artıq
dördüncü dəfədir
ki, belə bir sərgiyə ev sahibliyi
edir. Belə sərgilərin davamlı
keçirildiyi ölkələrdə
insanların intellektual
səviyyəsi də
yüksək olur.
Sevindirici haldır ki,
Azərbaycanda keçirilən
bu sərgi ildən-ilə genişlənir.
Budəfəki sərgidən də
gözləntilərim çoxdur.
Mən, ümumiyyətlə, optimist insanam.
Pessimist olsaydım, heç kitab sahəsi ilə məşğul olmazdım.
Çoxdandır ki, deyirlər,
kağız ədəbiyyatı
öləcək və
hər kəs kompüterlə mütaliə
edəcək. Amma, gördüyünüz
kimi, bu belə olmadı. Ümid edirəm ki, bu sərgi də
hər kəsin marağına səbəb
olacaq. Ümumiyyətlə, mənə elə
gəlir ki, artıq 10-cu sərgidən
sonra bu haqda daha çox
söz demək olar.
Bakıda
ilk dəfə 5 il bundan əvvəl olmuşam. Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında isə
ilk dəfə iştirak
edirəm. Şəhərinizdə yeni binalar, tikililər
çoxdur. Avropa Oyunları
keçirilib. Bir sözlə,
Bakı çox inkişaf edib və gözəlləşib.
“Bu görüşlər biznes
söhbətləri aparmaq
üçün çox
əlverişlidir”
Petros Korbakis, “MM Publication” nəşriyyatının
regional satış meneceri
(Yunanıstan):
- Azərbaycana ilk dəfədir
ki, gəlirəm və bu sərgi-yarmarkada
iştirakımdan məmnunam.
İnsanlar belə tədbirlərdə
təkcə fikir mübadiləsi aparmır.
Onlar həm də öz kitab bizneslərini
genişləndirirlər. Məhz kitab işi ilə məşğul olan insanlarla görüşmək, biznes
söhbətləri aparmaq
üçün bu sərgi-yarmarkalar çox
əlverişlidir. Burada həm
də faydalı tərəfdaş tapa bilirsən.
Azərbaycan gənc ölkə
olmasına baxmayaraq, artıq dördüncü
dəfədir ki, belə beynəlxalq sərgiyə ev
sahibliyi edir. Dünyanın müxtəlif ölkələrindən
kitab biznesi ilə məşğul olanlar bir araya
gələcək. Buraya gəlməzdən
öncə Bakıda keçirilmiş əvvəlki
sərgilər barədə
məlumatları nəzərdən
keçirdim. Gördüm ki, tədbirin miqyası, iştirakçıların
sayı ildən-ilə
artıb. Bu baxımdan IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasından gözləntilərim
çoxdur. Düşünürəm
ki, biz bu sahədə Azərbaycanla
yaxşı tərəfdaş
ola bilərik.
Mədəniyyət.- 2015.- 16
sentyabr.- S. 4.