"Tütək
səsi"nin Cəbrayılı vəfat edib
Məşhur Moldova aktyoru, SSRİ Xalq artisti Mixay Volontir sentyabrın 15-də dünyasını dəyişib. Aktyor 82 yaşında uzun sürən xəstəlikdən sonra həyatla vidalaşıb. Mixay Volontir 1934-cü il martın 9-da anadan olub. 1979-cu ildə rejissor Aleksandr Blankın “Qaraçı” çoxseriyalı televiziya filmində oynadığı baş rol (Budulay) ona ümumittifaq şöhrəti gətirib. Məhz geniş tamaşaçı rəğbəti bu ekran əsərinin davamının (“Budulayın qayıtması”) çəkilməsinə rəvac verir.
Aktyor uzun və məhsuldar karyerası ərzində bir çox filmlərdə rol alıb. Bu sırada «Xüsusi diqqət zonasında», «Buqadan Vislaya kimi», «Qulyabanı izi» və digər filmləri göstərmək olar.
Azərbaycan tamaşaçısı onu rejissor Rasim
Ocaqovun “Tütək səsi” filmində
(1975) yaratdığı Cəbrayıl rolundan
da yaxşı tanıyır. Aktyor uzun illər Moldovada Vasile Aleksandri adına Milli Teatrda çalışıb. Səhhəti ilə
bağlı son vaxtlar
sənətdən uzaq düşmüşdü.
Mədəniyyət.- 2015.- 18
sentyabr.- S. 15.