Mədəniyyət
mərkəzləri əhalinin asudə vaxtının təşkilinə
xidmət edir
Mədəniyyət və Turizm Nazirliyinin 29 aprel 2015-ci il tarixli əmri ilə respublikanın 54 rayonunda mədəniyyət mərkəzlərinin yaradılmasına və bu istiqamətdə islahatların aparılmasına start verilmişdir. Layihənin əsas məqsədi Azərbaycanın qeyri-maddi mədəni irsinin öyrənilməsi, təbliği, əhalinin asudə vaxtının təşkili və digər profillər üzrə fəaliyyət göstərəcək şəhər (rayon) mədəniyyət mərkəzləri və onların filiallarının işinə ziyalıları, incəsənət xadimlərini cəlb edərək mədəni həyatın daha da canlandırılmasını təmin etməkdir.
İslahatlar Saatlı rayonunda da uğurla davam etdirilir. Bu məqsədlə
rayon Mədəniyyət və
Turizm Şöbəsində
mədəniyyət sahəsində
uzunillik iş təcrübəsi olan kadrlardan ibarət üç işçi qrupu yaradılmışdır.
Mədəniyyət mərkəzinin filialları
qismində fəaliyyət
göstərən klub
müəssisələrində profilləşdirilmə aparılır. İlkin mərhələdə
klub müəssisələrinin
üçdəbiri profilləşdirilmişdir.
Fəaliyyətdə olan dərnəklərə
dair 59 stend və guşə hazırlanmışdır.
Mərkəzin və onun filiallarının
işçiləri mütəmadi
olaraq Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq
və İxtisasartırma
Mərkəzinə ezam
olunurlar. Burada onlara Azərbaycan
mədəniyyətində gedən inkişaf, qəbul olunmuş yeni qanunlar və
onların praktik işə tətbiqi öyrədilir.
Facebook sosial şəbəkəsində “Saatlı rayon Mədəniyyət Mərkəzi” səhifəsi yaradılmış və keçirilən tədbirlər barədə operativ məlumatlar orada yerləşdirilir. Gələcəkdə mərkəzin saytının yaradılması da planlaşdırılır.
Bəylər
Əliyev,
Saatlı rayon Mədəniyyət mərkəzinin direktoru
Mədəniyyət.- 2015.- 18
sentyabr.- S. 11.