Tələbə adın mübarək!

 

Sentyabrın 10-da Oğuz rayon Mərkəzi kitabxanasının oxu zalında bu il respublikamızın müxtəlif ali təhsil məktəblərinə qəbul olunmuş tələbələrlə görüş keçirilib.

Kitabxananın oxuculara xidmət şöbəsinin müdiri N.Manafova Oğuz rayonunun, hər il olduğu kimi, bu il də tələbə qəbulunda xüsusilə fərqləndiyini və yüksək nəticələr göstərərək universitetlərə qəbul olan tələbələrin sayının 195 nəfər olduğunu diqqətə çatdırıb. Tələbə adını qazanan gənclər yüksək nəticələrə görə müəllim və valideynlərinin hədsiz zəhməti olduğunu dilə gətiriblər. Əməkdar müəllim M.Əsədova bu gənclərlə qürur duyduğunu bildirib, onlara öz tövsiyələrini verib.

Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova təhsilə göstərilən dövlət qayğısından söhbət açıb, tələbə gənclərə hədiyyələr təqdim edib.

 

Mədəniyyət.- 2015.- 18 sentyabr.- S. 11.