Ağstafada səyyar kitabxana xidməti

 

Sentyabrın 11-dən başlayaraq Ağstafa rayon Mərkəzi kitabxanasının oxuculara xidmət və uşaq şöbələri və 1 saylı şəhər kitabxanası İcra Hakimiyyətinin təşəbbüsü ilə rayondakı Heydər parkı və Səməd Vurğun parkında əhaliyə səyyar kitabxana xidməti göstərir.

Aksiyanın təşkilində əsas məqsəd əhalinin kitabakitabxanaya olan marağını artırmaq və oxucuları kitabxanalara cəlb etməkdir. Sərgidə müxtəlif adda kitablar nümayiş etdirilir. Tədbir müxtəlif yaş qrupundan olan əhali tərəfindən maraqla qarşılanır. Təşkilatçılar inanır ki, belə sərgilərin təşkili gənclərin mütaliəyə marağını daha da artıracaq.

 

Mədəniyyət.- 2015.- 18 sentyabr.- S. 11.