Balacaların nağıl dünyası

 

Ağdaş rayon Mərkəzi kitabxanasının uşaq şöbəsində “Nağıl otağı” istifadəyə verilib. Otaq kompüter dəsti, uşaq jurnalları, disklər, nağıl kitabları, nağıl personajları və müxtəlif oyuncaqlarla təchiz edilib.

Uşaq şöbəsinin müdiri Sevinc İbrahimova uşaqları otaqla tanış etdikdən sonra burada ilk tədbir keçirilib. Uşaqlar kitabxana işçilərindən Nüşabə Hüseynovanın, Xatirə Paşayevanın oxuduqları nağılları dinləyib, əl işlərinə tamaşa edib, rəsmlər çəkib, şeirlər və tapmacalar söyləyiblər.

 

Mədəniyət.- 2015.- 18 sentyabr.- S. 11.