Özbəkistanla
mədəni-humanitar əməkdaşlıq inkişaf
edir
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində Özbəkistanın müstəqilliyinin 24-cü ildönümü ilə bağlı tədbir keçirilib. Tədbir ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə təşkil olunub.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov bu münasibətlə müəllim və tələbələri təbrik edib, Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələrinin tarixindən danışıb.
Səfirliyin birinci katibi, AMM-nin direktoru Samir Abbasov bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələr inkişaf edir. Xalqlarımızın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri çox yaxındır və bu da qardaşlığımızın dərin köklərə söykəndiyindən xəbər verir.
Filologiya elmləri doktoru İbrahim
Yuldaşev, dossent Gülbahar Aşurova, professor Səadət Məhəmmədova,
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti
sədrinin müavini İsrail
Şamsimuxammedov və başqaları mədəni-humanitar
sahələrdə əlaqələrimizin get-gedə inkişaf etdiyini bildiriblər.
Mədəniyyət.- 2015.- 18
sentyabr.- S. 10.