Ölkəmiz beynəlxalq eposlar
festivalında təmsil
olunub
3-7 sentyabrda Qırğızıstanın
paytaxtı Bişkekdə
Dünya Xalqlarının
III Beynəlxalq Eposlar
Festivalı keçirilib. Festivalda ölkəmizi
İlyas Əfəndiyev
Beynəlxalq Fondunun Azərbaycandakı nümayəndəliyinin
rəhbəri, kulturoloq
Əbülfəz Babazadə
təmsil edib. 15 ölkədən nümayəndələrin qatıldığı
festivalın Bişkekin
Alatoo meydanında keçirilən açılış
mərasimində Qırğızıstanın
Baş naziri Temir Sariyev çıxış
edib, sonra iştirakçı ölkələr
təqdim edilib.
Festival çərçivəsində “Sivilizasiya dəyişiklikləri
dövründə epik
irs davamlı inkişafın amili kimi” beynəlxalq elmi-praktik konfrans, “Qırğız köçü”
etnoqrafik kəndin açılışı, mədəni
müxtəliflik paradı,
adət-ənənə və
ayinlər paradı, “Ən yaxşı qırğız yurtası”,
“Ən yaxşı hekayətçi və dastançı” və “Köçərinin üslubu”
müsabiqələri keçirilib.
Ə.Babazadə elmi-praktik konfransda “Folklor janrının qorunması metatarixi idraka aparan yol
kimi” mövzusunda məruzə edib. Məruzədə müasir qloballaşma dövründə siyasi və iqtisadi gərginliyi aradan qaldırmağın yollarından
biri kimi folklorun öyrənilməsi,
qorunması və təbliğinin önəmi
vurğulanıb.
Festivalın daha bir tədbiri
Çuy vilayətində
iştirakçılar tərəfindən
öz ölkələrinin
sənət nümunələrinin
təqdimatı olub. Ə.Babazadə
Cahangir Cahangirovun “Füzuli kantatası”nı, M.P.Vaqifin sözlərinə yazdığı
“Durnalar” mahnısını
və Oqtay Kazıminin Cabir Novruzun sözlərinə
bəstələdiyi “Məhəbbət”
mahnısını səsləndirib.
Lalə Hüseyn
Mədəniyyət.- 2015.- 18
sentyabr.- S. 10.