Efiopiyada xeyriyyə sərgi-yarmarkasında
Azərbaycan pavilyonu maraq
doğurub
Azərbaycanın Efiopiyadakı səfirliyi Afrika İttifaqının Əddis-Əbəbə şəhərindəki mənzil-qərargahında təşkilatın 50 illik yubileyi ilə bağlı keçirilən sərgi-yarmarkada iştirak edib. Sərgi-yarmarkanın məqsədi satışa çıxarılan məhsullardan əldə olunan vəsaitin xeyriyyə layihələrinə sərf edilməsidir.
Tədbirə qatılan diplomatik nümayəndəliklər ölkələrinin tarixi və mədəni irsini təqdim ediblər.
Azərbaycan səfirliyinin pavilyonunda mədəniyyət və tariximizə dair kitablar, bukletlər, suvenirlər, Azərbaycan xalçaları və milli paltarlarımız nümayiş etdirilib. Pavilyona baş çəkən qonaqlar milli mətbəximizin təamlarından dadıb və Azərbaycanın istehsalı olan məhsullarla tanış olublar.
Sərgi-yarmarkanın açılışında iştirak edən Efiopiyanın mədəniyyət və turizm naziri Əmin Əbdülqadir, Afrika İttifaqının ticarət və sənaye üzrə komissarı xanım Fatimə Asil və Afrika İttifaqı Aparatının rəhbəri xanım Cenifer Çiriqa Azərbaycan pavilyonuna baş çəkib və nümayiş etdirilən məhsullarımızla yaxından tanış olublar.
Efiopiyanın EBC kanalı sərgi-yarmarka ilə
bağlı hazırladığı reportajda
Azərbaycan pavilyonuna xüsusi
yer ayırıb.
Mədəniyyət.- 2015.- 18
sentyabr.- S. 10.