Azərbaycan təmsilçisi
yenidən Ümumdünya Turizm
Təşkilatının rəhbər heyətində
Xəbər verdiyimiz kimi, sentyabrın 12-də Kolumbiyanın Medelin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının ali orqanı olan Baş Assambleyasının 21-ci sessiyası keçirilir. 120 ölkənin təmsil olunduğu sessiyaya mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də qatılıb.
Sessiyanın sentyabrın 14-də keçirilən iclasında təşkilatın bir sıra strukturlarına seçkilər olub. Azərbaycan Turizm Assosiasiyası (AZTA) idarə heyətinin sədri Nahid Bağırov növbəti 2 il müddətinə Ümumdünya Turizm Təşkilatına qoşulmuş üzv dövlətlərin Avropa üzrə vitse-prezidenti seçilib.
Xatırladaq ki, AzTA-nın
sədri 2013-cü ildə keçmiş sovet respublikaları içərisindən ilk dəfə ÜTT-də bu
vəzifəyə seçilmişdi. Bu gün quruma
qoşulmuş üzv
dövlətləri 400 təşkilat təmsil edir. Bunlar hava
yolları, turizm şirkətləri və
büroları, reklam agentlikləri,
universitetlər, turizm biznes
məktəbləri, məşhur mehmanxanalar
və digər təşkilatlardır.
Mədəniyyət.- 2015.- 18
sentyabr.- S. 9.