Lahıc
haqqında məqalə BMÜTT-nin "Turizm hekayələri" kitabında
Kolumbiyanın Medellin şəhərində keçirilən Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 21-ci sessiyasında qurum tərəfindən hazırlanmış "Turizm hekayələri" kitabının ikinci buraxılışının təqdimatı keçirilib. Təqdimatı təşkilatın baş katibi Taleb Rifai edib.
Kitab dünyanın fərqli ölkələrində turizm sahəsində çalışan 28 adamdan bəhs edir və turizmin insanların həyat səviyyəsinin yüksəlməsində, cəmiyyətin müsbət tərəfə inkişafında rolunu göstərir.
Nəşrdə Lahıcda yaşayan
müəllim Dadaş Əliyevin
"Lahıcın imkanlar dili"
hekayəsi də yer alıb. Hekayə
Lahıc kəndində turizmin
inkişafı və bunun yerli
əhaliyə təsirindən bəhs edir.
Mədəniyyət.- 2015.- 18
sentyabr.- S. 9.