“Şəhər
turu” layihəsi uğurla davam edir
İkimərtəbəli üstüaçıq avtobuslarla
"Şəhər turu"nun
təşkili uzun illərdir bütün dünyada turizm sahəsinin ayrılmaz hissələrindən birinə
çevrilib. 1999-cu ildə İspaniyanın Sevilya şəhərində yaradılan
və bu sahədə böyük təcrübəsi olan
"City Sightseeing Worldwide" şirkətinin
35 ölkənin 100-dən çox
şəhərində nümayəndəlikləri
yaradılıb.
2014-cü
ilin aprelindən Azərbaycan bu ölkələr siyahısına
daxil olub və Bakının mədəni irsini, turizm potensialını geniş təbliğ etmək üçün Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış "City Sightseeing Baku"
şirkəti tərəfindən
"Şəhər turu"
həyata keçirilir.
Turun uzunluğu
23 kilometr, müddəti
1 saat 30 dəqiqədir. Yerli və xarici vətəndaşlar hər
3 avtobusda qulaqcıqlar
vasitəsilə 8 dildə
(Azərbaycan, ingilis, ispan, rus, fransız,
alman, yapon, fars) audiobələdçi
sistemindən istifadə
edərək hərəkət
olunan marşrut üzrə şəhərlə
tanış olmaq imkanı əldə edirlər.
Biletləri onlayn olaraq şirkətin
internet səhifəsində, avtobusların daxilində və Bakı Turizm İnformasiya Mərkəzində yaradılmış
bilet satışı
məntəqəsində əldə
etmək mümkündür. Biletlər şirkətin
konsepsiyasına əsasən
"Hop on - Hop off" sistemi çərçivəsində istifadə edilir, yəni insanlar istənilən dayanacaqda avtobusdan enərək müəyyən vaxtdan sonra öz turlarını
istənilən dayanacaqdan
davam etdirə bilirlər.
Son üç ayda
"şəhər turu"ndan
istifadə edən yerli və xarici
turistlərin sayında
böyük artım müşahidə olunub. 2015-ci ilin
iyun ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə
turlardan istifadə edən turistlərin sayında 2,2 dəfə, iyul ayında 2,6 dəfə, avqustda isə 1,9 dəfə artım qeydə alınıb.
Mədəniyyət.- 2015.- 18 sentyabr.- S. 9.