“Yeddi
əmirlik - bir istiqamət”
Bakıda Birləşmiş Ərəb Əmirliklərin bir sıra turizm idarə və şirkətlərinin iştirakı ilə turizmin inkişafı, ölkələr arasında bu sahədəki əməkdaşlığın artırılması və təbliği məqsədi ilə “Yeddi əmirlik - bir istiqamət” adlı tədbir təşkil olunub. Bu ölkənin 30-dək turizm şirkətinin təmsil olunduğu tədbirdə yerli və xarici turizm şirkətləri də iştirak edib.
Tədbirin təşkil olunmasında əsas məqsəd Şarja Əmirliyinin turizm potensialının tanıdılması ilə yanaşı, ümumilikdə yeddi əmirliyin turizm sahəsində təcrübəsini bölüşməkdən ibarətdir. Şarja Əmirliyinin turizm sahəsinə daxil olan çarter hava reysləri, hotel sahəsində əsas mövzularından olub.
Tədbirdə, həmçinin qeyd
olunan əmirliyin ümumilikdə turizm imkanlarının nümayiş
olunduğu videoçarx
qonaqlara təqdim olunub.
Birləşmiş Ərəb Əmirliklərinin Turizm və Abidələr Milli
Şurasının kommunikasiyalar departamentinin direktoru Xalid İbrahim ibn Nassar Azərbaycanla turizm sahəsində əməkdaşlıqdan
söz açıb. Diqqətə
çatdırılıb ki, iki ölkə arasında
qarşılıqlı turist
axınını yüksək səviyyəyə
çatdırmaqla yanaşı, aparıcı turizm
şirkətlərinin mütəmadi əməkdaşlığının
inkişafı, turizm sahəsində təcrübə
mübadiləsi çox önəmlidir.
Mədəniyyət.- 2015.- 18
sentyabr.- S. 9.