Azərbaycanla Uruqvay arasında mədəniyyət sahəsində
ilk saziş
imzalanıb
Sentyabrın 16-da
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
ölkəmizdə səfərdə olan Uruqvay xarici işlər nazirinin müavini Xose Luis Kansela
ilə görüşüb.
Görüş zamanı Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında diplomatik münasibətlərin 1994-cü ildə qurulduğu qeyd olunub və bu əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsinin hər iki tərəf üçün əhəmiyyəti vurğulanıb. Qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Əbülfəs Qarayev 25-27 aprel 2016-cı il tarixində Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçiriləcəyini diqqətə çatdırıb və Uruqvay xarici işlər nazirinin müavinini bu tədbirdə iştirak etməyə dəvət edib.
Sonda mədəniyyət və
turizm naziri
Əbülfəs Qarayev və Uruqvay xarici işlər nazirinin müavini Xose Luis Kansela
tərəfindən iki ölkə
arasında mədəniyyət sahəsində əməkdaşlıq
sazişini imzalayıblar. Qeyd
edək ki, bu, iki ölkənin münasibətlərində
mədəni əməkdaşlığa dair
ilk hüquqi sənəddir.
Mədəniyyət.- 2015.- 18
sentyabr.- S. 8.