Bakıda Meksika mətbəxi həftəsi

 

Sentyabrın 15-də Azərbaycanda Meksikanın Müstəqillik Günü qeyd olundu. 2014-cü ilin oktyabrında Bakıda fəaliyyətə başlayan Meksika səfirliyi ilk dəfə şəhərimizdə bu tədbiri təşkil edib.

Ölkənin milli bayramı münasibətilə sentyabrın 16-da Bakıda “Meksika mətbəxi həftəsi” də başlayıb. Səfirlikdən verilən məlumata görə, meksikalı baş aşpaz Angel Vazquez qurmanlara ölkəsinin mətbəx təamlarından ibarət menyu təqdim edəcək.

Ölkənin tarixicoğrafi mövqeyinin nəticəsi olaraq Asiya, AfrikaAvropa mətbəxi, həmçinin, müxtəlif qədim tayfalarının yeməklərindən gələn rəng, dad və formaların geniş çeşidinə görə Meksika mətbəxi 2010-cu ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsi kimi tanınıb.

Baş aşpaz Angel Vazquez 10 ildən artıqdır ki, Meksika mətbəxinin dadını dünyanın müxtəlif yerlərinə çatdırır. Meksikanın mərkəzində yerləşən Puebla ştatından olan aşpaz orada iaşə üzrə bakalavrqida və içkilərin idarə edilməsi üzrə magistr dərəcələrini alıb. Sonra Paris Tailandda təhsilini davam etdirib, Nyu-York, Paris Barselonanın restoranlarında çalışıb.

Meksikalı baş aşpazın “Gate 25” restoranındakı təqdimatı azərbaycanlıları Meksikanın əzəli canlı mədəniyyətinin vacib bir parçasına yaxınlaşmağa imkan yaradacaq.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 18 sentyabr.- S. 8.