ATMU-da fransalı qonaqlarla görüş

 

Azərbaycan TurizmMenecment Universitetinin rektoru, professor Cəfər Cəfərov Fransadakı Grenobl Akademiyasının professoru, LMPH layihəsinin baş koordinatoru Jean-Noel Pachoud və GİP FİPAG-ın prezidenti Mişel Bross ilə görüşüb. Rektor C.Cəfərov bildirib ki, ATMU Avropa İttifaqının Tempus proqramı çərçivəsində "Gürcüstan, Azərbaycan və Moldavada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı" layihəsində iştirakçı hüququ qazanan ali təhsil ocaqlarındandır.

Azərbaycan TurizmMenecment Universitetinin rektoru tərəfindən səmimi qarşılandıqlarına görə təşəkkürünü bildirən qonaqlar başlıca məqsədin iştirakçı ali məktəblərin tədris planlarını Avropa universitetləri ilə eyniləşdirməkdən, ikili diplomların və diploma əlavələrin verilməsini reallaşdırmaqdan ibarət olduğunu diqqətə çatdırıb, ATMU-nun fəaliyyətinə uğurlar arzulayıblar.

 

Mədəniyyət.- 2015.- 18 sentyabr.- S. 6.