Şəhriyarın anım mərasimi keçirilib

 

Sentyabrın 16-da Tehranın “Şəfəq” Mədəniyyət Mərkəzində ustad şair Məhəmmədhüseyn Şəhriyarın anım mərasimi keçirilib. Tədbirdə İranın tanınmış şairləri, yazıçıları, mədəniyyət xadimləri və dövlət rəsmiləri iştirak ediblər. Tədbir iştirakçıları şairin həyat və yaradıcılığından, poeziyaya verdiyi töhfələrdən danışıblar. Şairin yeni çəkilmiş portreti də mərasim iştirakçılarına təqdim olunub.

Qeyd edilib ki, fars və Azərbaycan dillərində şeirlər yazan M.Şəhriyar dünyanın klassik şairləri arasında mühüm yer tutur.

Şair 1988-ci ilin sentyabrında, ömrünün 83-cü ilində vəfat edib, Təbriz şəhərindəki şairlər məzarlığında torpağa tapşırılıb.

 

Mədəniyyət.- 2015.- 18 sentyabr.- S. 5.