Sərgi-yarmarkanın qonaqlarının iştirakı ilə Milli Kitabxanada tədbirlər keçirilib

 

Sentyabrın 17-də IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası qonaqlarının iştirakı ilə Milli Kitabxanada tədbirlər keçirildi.

 

“Azərbaycan inciləri dünya kitabxanalarında” adlı sərginin təqdimatı oldu. Rusiya Milli Kitabxanasının fondlarındakı ölkəmizə dair materialların və Azərbaycan ədəbiyyatı klassiklərinin əlyazmalarının elektron versiyası Milli Kitabxanaya təqdim edildi. Həmçinin Azərbaycan Milli Kitabxanası ilə BosniyaHerseqovina Milli Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalandı.

 

“Azərbaycan inciləri dünya kitabxanalarında”

 

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov tədbiri açaraq IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilə bağlı ölkəmizdə səfərdə olan qonaqları salamlayaraq ənənəvi keçirilən bu tədbir çərçivəsində nəşriyyat və kitabxanaların əməkdaşlığının səmərəsindən danışdı.

Əvvəlcə “Azərbaycan inciləri dünya kitabxanalarında” adlı sərginin təqdimatı oldu. Direktor qeyd etdi ki, sərgidə Rusiya Milli Kitabxanasında qorunan Azərbaycana aid kitablar, habelə Avstriya, Türkiyə, Özbəkistan və Gürcüstandan gətirilmiş qiymətli nümunələr yer alıb. Bildirildi ki, bu kitablar Milli Kitabxananın fondunu bir daha zənginləşdirəcək, tədqiqatçılar, alimlər üçün əvəzsiz tapıntı olacaq.

Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov, AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyeva-Kəngərli IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının əhəmiyyətli hadisə olduğunu vurğuladılar. Bildirildi ki, dünyanın məşhur kitabxana rəhbərlərinin və nəşriyyatların bu tədbirə qatılması qarşılıqlı əlaqələrə, ölkələr arasında kitab mübadiləsinə zəmin yaradır.

Vurğulandı ki, Milli Kitabxana Azərbaycan elminin məbədidir və onun fondunun zənginləşməsi oxucular üçünböyük töhfədir. Mədəniyyət elə bir sahədir ki, o heç vaxt qapalı qalmır. Məhz bunun sayəsində kitablar, yazılı ədəbiyyat mədəniyyəti təbliğ edərək ölkələri, xalqları bir-birinə tanıdır. Azərbaycan öz mədəniyyəti ilə fəxr edir. Ölkəmizlə bağlı qiymətli nəşrlər dünya kitabxanalarında qorunub saxlanılır. Bundan sonra tədqiqatçılar bu kitabları rahat şəkildə öz Milli Kitabxanamızdan əldə edib oxuya biləcəklər.

 

Rusiya Milli Kitabxanasında ölkəmizlə bağlı minlərlə nüsxə var

 

Rusiya Milli Kitabxanasının direktoru Anton Lixomanov ölkəmizdə keçirilən kitab bayramında iştirakından məmnunluğunu ifadə etdi. O, Rusiya Milli Kitabxanasında qorunan Azərbaycan dilində ərəb qrafikasında olan kitablardan ibarət 6 diski Azərbaycan Milli Kitabxanasına hədiyyə etdi.

Bildirdi ki, RMK-da Azərbaycan dilində çoxsaylı kitablar var. Onların 1000-dən çox nüsxəsi 1917-ci ildən əvvəl, çar Rusiyası zamanında kitabxanaya daxil olub: “Bu gün müasir texnologiyaların sayəsində biz Azərbaycan Milli Kitabxanasında olmayan bu kitabların elektron versiyalarını sizlərə təqdim edə bilirik. Bu siyahıya əlyazmalar, xəritələr, dərsliklər, müəllif əsərləri daxildir”.

 

Azərbaycan Bosniya Herseqovinanın milli kitabxanaları əməkdaşlıq edəcək

 

Daha sonra Azərbaycan Milli Kitabxanası ilə Bosniya Herseqovina Milli Kitabxanası arasında əməkdaşlıq barədə memorandum imzalandı. Bosniya Herseqovina Milli Kitabxanasının direktoru İsmət Ovcina öz çıxışında bu sənədin əhəmiyyətini vurğuladı, kitabxananın tarixi barədə məlumat verdi. Bu sahədə əməkdaşlığın xalqlarımız arasında daha da sıx münasibətlər yaradacağını dedi, Azərbaycan Milli Kitabxanasının rəhbərliyini əməkdaşlarını ölkəsinin Milli Kitabxanası ilə tanışlığa dəvət etdi. Qonaq bildirdi ki, memorandum qarşılıqlı kitab mübadiləsi, peşəkar təcrübə maddi-mədəni irsin tanınmasında öz töhfəsini verəcək. Qonaq kitab sərgi-yarmarkasında yaradılan şəraitə qonaqpərvərliyə görə Mədəniyyət Turizm Nazirliyinə minnətdarlığını bildirdi.

Sonda tədbir iştirakçılarıAzərbaycan inciləri dünya kitabxanalarındasərgisi ilə tanış oldular.

 

L.Azəri

 

Mədəniyyət.- 2015.- 18 sentyabr.- S. 4.