Metalla işləmək insan xarakterini formalaşdırır

 

 “Metal üzrə rəssamlıq bir neçə işi eyni vaxtda bacarmaq deməkdir. Yaxşı rəsm çəkməyi, metalladanışmağıbacarmalısan

 

Soydaşımız Emin Məmmədov neçə illərdir Kanadada yaşayır. O, çağımız üçün çox nadir olan bir işlə - silahsaz sənəti ilə məşğul olur. Onun sənətkar kimi bədii zövqü çox yüksəkdir düzəltdiyi hər bir silah həm maraqlı sənət əsəridir.

 

- Emin bəy, zəhmət olmasa, özünüz haqqında oxucularımıza məlumat verərdiniz...

- Mən Bakıda incəsənət xadimlərinin ailəsində doğulmuşam. Uşaq vaxtlarımdan valideynlərim məni zəngin mədəniyyətimiz əcdadlarımızın irsi ilə tanış edirdilər. Qohumlarım tez-tez məni rayonlara aparırdı, tarix muzeylərinə gedirdik. 11 yaşım olanda müxtəlif ornamentlərlə maraqlanmağa başladım. Bədii kurslara gedirdim. Aleksandr Volovik Sara xanım kimi sənətkarların tələbəsi oldum. Onu da deyim ki, ixtisasım sahil mühəndisliyi ilə bağlıdır. Almaniyada təhsil almışam. Metalların bədii emalı mənim hobbimdir. Tez-tez Qafqazın müxtəlif yerlərinə səyahət edir, bu mövzuya dair köhnə yeni materialları öyrənməyə çalışırdım. 10 ildir Kanadanın Kalqari şəhərində yaşayıram. Şəhər kənarında kiçik emalatxanam var vaxtaşırı bu ecazkar yerdə işləyirəm. İndi 36 yaşımdayam. Özümü tətbiqi sənətsiz təsəvvür etmirəm.

- Soyuq silahlar - bıçaqlar, xəncərlər, qılınclar düzəldirsiniz. Silahsazlığı necə öyrənmisiniz?

- Metal üzrə rəssamlıq bir neçə işi eyni vaxtda bacarmaq deməkdir. O, bəri başdan öz layihəsinin necə görünəcəyini bilməlidir. Yaxşı rəsm çəkməyi bacarmalıdır. Metalı anlamalıdır, bu zamansa metal onunladanışacaq”. O, gümüşlə işləməyi bacarmalıdır. Bu çox mürəkkəb eyni zamanda həssas sistemdir. Bu işlə məşğul olan adam işini sevmirsə, heç vaxt yaxşı nəticə əldə edə bilməyəcək. Mən dəmir döymə üzrə çoxlu ədəbiyyat oxumuşam. Öncə sümüklə işləməyə başlamışdım. Sonra kiçik bərpa işləri görürdüm. Sonradan məndə milli üslubda silahlar yaratmaq istəyi artdı. Hər layihə ilə öncəkindən daha yaxşısını yaratmağı arzulayırdım. Azərbaycanın quzeyli-güneyli müxtəlif bölgələrinin ornamentlərini öyrənirdim. Şimali Qafqazın, Rusiyanın, Türkiyənin materialları üzrə çox işləmişəm. Köhnə bakılılarla söhbətlər etmişəm. Onlardan öyrəniləcək çox şey vardı.

- Daha çox diqqətçəkən işlərinizdən biri Səfəvilər dövrünə aid “Yatağanqılıncıdır...

- Hələ məktəb illərindən Səfəvi mövzusu məni xüsusi cəlb edirdi. Bizim yaxşı tarix müəllimimiz vardı. O, məni bu mövzuda xeyli bilgiləndirmişdi. İranda olarkən bir neçə muzeyə baş çəkdim, oradakı soydaşlarımızla ünsiyyət qurdum. Xüsusi maraqla Səfəvi dövlətinin banisinin əsərlərini öyrənirdim. Şah İsmayıl güclü şəxsiyyət olub. Onun dövründə ordu Azərbaycan dövlətçiliyinin bir çox sahəsi inkişaf edib. Düzü, türk mənşəli silahların fars silah növləri kimi təqdim olunması məni məyus etdi. Qərara gəldim, elə bir şey düzəldim ki, o dövrün əşyalarından heç nədə geri qalmasın. BeləcəYatağanqılıncı yenidən yarandı. Yüksək keyfiyyətli poladdan istifadə edərək tiyənin üzərində işə başladım. Ornamentlərin bir neçə variantını komplektləşdirdim. Çox gözəl alındı. Bu layihə üzərində xeyli aparılıb: qaraltma, döymə, qızılı kəsmə, sümük işi, əllə dərindən naxış açma. Ümumilikdə bu layihə 3 ay vaxt apardı, amma zəhmətə dəyərdi.

- İşlərinizə maraq necədir, alırlarmı?

- Ümumən işlərimə savadlı əhalinin marağı var. Metal işləməsinin ənənələri hələ dəyərləndirilir. Muzeylər, ayrı-ayrı insanlar maraqlanırlar. İnsan əlinə qılınc alanda başqa heç ilə müqayisə edilməyəcək duyğular keçirir. Bu, çox maraqlı energetikadır. Mən metal üzrə Kanada Rəssamlar Gildiyasına üzvəm, yerli beynəlxalq sərgilərdə iştirak edirəm. Hesab edirəm ki, gəncləri doğru istiqamətdə tərbiyə etsək, onlar layiqli nəsil olacaq. Metalla işləmək insan xarakterini formalaşdırır.

- Deyəsən, odlu silahlar da düzəldirsiniz.

- Kanadanın Ontario Qlenbou (Glenbow) muzeyləri üçün Qafqaz türk üslubunda çaxmaq daşından hazırlanmış komplektlər sifarişini yerinə yetirmişəm. Amma yaradıcılığımda başlıca olaraq soyuq silahların Qafqaz tarixi modellərinə üstünlük verirəm. Yerli ovçular üçün ov silahlarının naxışlanmasına dair bir neçə sifariş yerinə yetirmişəm.

- İndiyədək qədər silah düzəltmisiniz?

- Düşünürəm ki, 150-dən artıqdır. Hər bir əşya xüsusi vaxt tələb edir. Əşyanın üzərində mənim soyadım həkk edilir. Təbii ki, istərdim bu imza soyad 200-300 il sonra da qiymətləndirilsin, ona görə hər layihədə keyfiyyət çox gərəklidir.

- İşlərinizdən ibarət sərgi açmaq fikriniz varmı?

- Keçən il Kalqaridə sərgidə iştirak etmişəm. Belə tədbirləri əldən qaçırmamağa çalışıram. Ola bilsin ki, Rusiyada keçiriləcək sərgidə iştirak etdim. Çalışıram ki, Kanadadan, Azərbaycandan Gürcüstandan istedadlı rəssamlarla müştərək layihələr həyata keçirim. Çox bacarıqlı rəssam-naxışbasan Səftər Əhmədova bu sahədə böyük ümid bəsləyirəm. O, gümüş işində öz bədii üslubunu inkişaf etdirir. Ümid edirəm ki, o, rəssam sənətkarlar sırasında öz layiqli yerini tutacaq.

 

S.Soltanlı

 

Mədəniyət.- 2015.-  23 sentyabr.- S. 15.