Rəssam
soydaşımız qızıl medala layiq görülüb
Rusiyanın Samara vilayətinin Azərbaycanlılar Liqasının təşkilatçılığı ilə milli mədəniyyət günləri keçirilib. Tədbir çərçivəsində təşkil olunan sərgidə Tolyatti şəhərində yaşayan tanınmış azərbaycanlı rəssam Bayram Salamovun da əsərləri sərgilənib.
Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının Samara regional şöbəsinin hesabat sərgisində isə adıçəkilən qurum tərəfindən soydaşımız “Milli mədəniyyətə xidmətinə görə” qızıl medalı ilə təltif olunub.
Bayram Salamov
1965-ci ildə Şəki
rayonunun Qoxmuq kəndində anadan olub. 1986-cı ildə Əzim
Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbini bitirib.
1990-cı ildən Rusiyada yaşayır və yaradıcılıqla
məşğuldur. Rusiya Rəssamlar
İttifaqının üzvüdür.
Rəssam Vətəni ilə
də yaradıcı əlaqələrini kəsmir.
Ötən ilin noyabrında
Bakıdakı “1969 qalereya”da
fərdi sərgisi keçirilib.
Soltan
Mədəniyyət.- 2015.- 23
sentyabr.- S. 14.