Qaxda “Ulu dad” milli mətbəx festivalı keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları”
proqramına əsasən,
2015-ci il üçün
“Azərbaycanın Milli
Mətbəx Paytaxtı”
elan edilmiş Qax şəhərində
sentyabrın 22-də növbəti
tədbir - “Ulu dad” milli mətbəx festivalı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda yerli kulinarlarla yanaşı Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının
təmsilçiləri iştirak
ediblər. Rayonların plov, dolma, xəmir xörəkləri,
şirniyyat növləri
“İçəribazar” Turizm
Mədəniyyət Mərkəzində,
baldan hazırlanmış
mətbəx nümunələri
isə Nizami parkında nümayiş olunub.
Tədbir iştirakçıları əvvəlcə
ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində
ucaldılmış abidəsini
ziyarət ediblər.
“İçəribazar” Turizm
Mədəniyyət Mərkəzində
keçirilən açılış
mərasimində rayon İcra
Hakimiyyətinin başçısı
Musa Şəkiliyev çıxış
edərək, Qaxın
2015-ci il üçün
“Azərbaycanın Milli
Mətbəx Paytaxtı”
elan edilməsinin rayonun milli mənəvi
dəyərlərinə, mətbəxinə
verilən yüksək
qiymət və etimad olduğunu deyib, bununla bağlı Mədəniyyət
və Turizm Nazirliyinin rəhbərliyinə
təşəkkürünü bildirib. İcra başçısı “Paytaxt ili” çərçivəsində
Qax şəhərində,
eləcə də rayonun kəndlərində
silsilə tədbirlərin,
festivalların keçirildiyini
diqqətə çatdırıb.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət
müəssisələri və
xalq yaradıcılığı
şöbəsinin müdiri
Fikrət Babayev çıxış edərək
son illər sürətlə
inkişaf edən Qax rayonunun artıq
respublikamızın turizm
mərkəzlərindən birinə çevrildiyini bildirib. Qeyd olunub ki, nazirlik tərəfindən
həyata keçirilən
“Xalq Yaradıcılığı
Paytaxtları” layihəsi
Azərbaycanın qeyri-maddi
mədəni irsinin qorunması, təbliği,
“paytaxt” seçilmiş
şəhərlərin turizm
potensialının genişləndirilməsi,
beynəlxalq səviyyədə
tanıdılması məqsədi
daşıyır.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov belə festivalların ölkəmizin, ayrı-ayrı
bölgələrin zəngin
mətbəx mədəniyyətinin
tanıdılması baxımından
əhəmiyyətini vurğulayıb.
S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin kollektivlərinin, uşaq incəsənət məktəbi şagirdlərinin çıxışından sonra tədbir iştirakçıları rayonlardan gəlmiş kulinarların əvvəlcədən hazırladıqları milli mətbəx nümunələri ilə tanış olublar. El sənətkarlarının əl işləri, həmçinin folklor kollektivlərinin çıxışları festival iştirakçılarına xoş ovqat bəxş edib. Nizami parkında arıçılıq məhsullarının sərgisi də maraqla qarşılanıb.
Festival
iştirakçılarına rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri
və diplomlar təqdim edilib.
Mədəniyyət.- 2015.- 23
sentyabr.- S. 9.