Ümumdünya Turizm Təşkilatı
Baş Assambleyasının sessiyası
yekunlaşıb
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov sessiyada çıxış edib
Xəbər verdiyimiz kimi, 12-17 sentyabrda Kolumbiyanın Medellin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 21-ci sessiyası keçirilib. Təşkilatın iki ildən bir keçirilən ali toplantısında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
Nazir müavini sessiyada çıxış edərək Azərbaycanda turizm sahəsində son iki ildə əldə olunan nailiyyətlərdən danışıb.
Ölkəmizdə turizm infrastrukturunun inkişafından, elektron viza sisteminin tətbiqindən, bu ilin iyun ayında keçirilmiş ilk Avropa Oyunlarından bəhs edən nazir müavini turizmin Azərbaycanda əsasən dörd prioritet (işgüzar, sağlamlıq, mədəniyyət və ekoturizm) inkişaf sahəsini təqdim edib.
Nazim Səmədov sessiya iştirakçılarına Azərbaycan Konqreslər Bürosunun, Sağlamlıq və Termal Turizm Assosiasiyasının, Yaşıl Kənd Turizmi Assosiasiyasının fəaliyyəti haqqında da məlumat verib.
Sessiyada BMÜTT-nin İcraiyyə Şurasına, müxtəlif komitələrinə seçkilər keçirilib, daxili məsələlərə dair müzakirələr aparılıb, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) ilə birgə forum təşkil olunub.
Sessiya çərçivəsində "Turizm hekayələri" kitabının ikinci buraxılışının təqdimatı da keçirilib. Kitabda Lahıc haqqında məqalə yer alıb. Nəşri aşağıdakı linkdən yükləmək olar:
BMÜTT-nin Baş
Assambleyasının növbəti sessiyası 2017-ci ildə Çin Xalq
Respublikasının Chengdu şəhərində
keçiriləcək.
Mədəniyyət.- 2015.- 23
sentyabr.- S. 7.