Kənd
yaşıl turizminin inkişafı ilə
bağlı tədbirlər həyata keçiriləcək
Mədəniyyət
və Turizm Nazirliyində nazir
müavini Nazim Səmədovun
iştirakı ilə keçirilən görüşdə
Azərbaycanda kənd yaşıl turizminin
inkişaf etdirilməsi, gələcəkdə
görüləcək işlər və layihələr
müzakirə edilib.
"Kənd Yaşıl Turizminin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Qəhrəman Yusupov cari ildə gördükləri işlər haqqında məlumat verib və bu sahənin inkişaf etdirilməsi ilə bağlı müvafiq təkliflərlə çıxış edib.
"Kənd Yaşıl Turizminin İnkişafına Dəstək" İctimai Birliyi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılıb. Qurumun əsas məqsədi kənd qonaq evlərinin təşkili, kəndli təsərrüfatında məşğulluğun artırılması, yaşıl turizmin dəstəklənməsi, kənd yaşıl turizminə aid müvafiq tur və ekskursiyaların keçirilməsidir.
Görüşdə nazirliyin dəstəyi ilə ictimai
birliyin dolğun
informasiyaları özündə cəmləşdirən
saytının və kataloqunun
yaradılması, kənd yaşıl turizminin
təşviqi və kənd evləri sahibləri arasında turizmin bu növünün
inkişaf etdirilməsi məqsədilə
yerlərdə müvafiq təlim və
seminarların təşkil edilməsi qərara alınıb.
Mədəniyyət.- 2015.- 23
sentyabr.- S. 7.