Azərbaycanla Tailand arasında əməkdaşlıq müzakirə olunub

Mediaturizm təmsilçilərininsəfərləri təşkil ediləcək

 

Sentyabrın 17-də mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Tailand Krallığının ölkəmizdə akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Tharit Çarunqvat ilə görüşüb.

Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivlərinə dair müzakirələr aparılıb.

Tailandlı diplomat iki ölkənin əlaqələrinin inkişafı baxımından birbaşa hava nəqliyyatı xəttinin açılmasının əhəmiyyətli olacağını qeyd edib.

Görüşün nəticəsi olaraq yaxın müddət ərzində hər iki ölkənin aparıcı kütləvi informasiya vasitələri və turizm sənayesi nümayəndələrinin iştirakı ilə qarşılıqlı tanışlıq səfərlərinin həyata keçirilməsi qərara alınıb.

 

Mədəniyyət.- 2015.- 23 sentyabr.- S. 5.