Göygöl şəhərində
yaradıcılıq görüşü
Sentyabrın 21-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Göygöl şəhərində respublikanın tanınmış incəsənət ustalarının kənd əhalisi ilə yaradıcılıq görüşü keçirilib.
Konsert proqramında xalq artistləri Canəli Əkbərov, Simarə İmanova, Cəmilə Bayramova, Zabit Nəbizadə, əməkdar artistlər Gülüstan Əliyeva, Zakir Əliyev, Azad Şükürov, aktrisa Zülfiyyə İsmayılova, gənc estrada müğənnisi Vüsalə Əsgərova, musiqiçilər Altay Niftəliyev, Araz Ağaverdiyev tamaşaçılara rəngarəng musiqi nömrələri təqdim ediblər.
Göygöl Rayon İcra
Hakimiyyətinin başçısı Arif
Seyidov çıxış edərək bu cür tədbirlərin
bölgələrin mədəni həyatında mühüm hadisə olduğunu
qeyd edib, Mədəniyyət
və Turizm Nazirliyinə təşəkkürünü
bildirib.
Mədəniyyət.- 2015.- 23
sentyabr.- S. 2.