Dünya Turizm Günü bölgələrdə qeyd olunub
27 sentyabr - Dünya Turizm Günü ilə əlaqədar Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına parkda tədbir keçirilib. Burada nümayiş olunan xalq tətbiqi sənəti nümunələri, taxtadan hazırlanmış məişət əşyaları, rayonun tarixini özündə əks etdirən qədim əşyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Müğənnilərin çıxışları rayon sakinlərinə xoş istirahət bəxş edib. Sonda Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova tədbirdə fərqlənənlərə hədiyyələr təqdim edib.
* * *
Dünya Turizm
Günü ilə əlaqədar Qəbələ
Rayon Tarix-Diyarşünaslıq Muzeyində
dəyirmi masa təşkil olunub. Muzeyin direktoru Xalis Məmmədov
əlamətdar günün tarixi haqqında məlumat verib,
yerli və xarici
turistlərin muzeyə maraq göstərməsindən
söz açıb. Bildirib
ki, rayona gələn
turistlərin əksəriyyəti muzeyə baş
çəkir, burada qorunan
maddi mədəniyyət nümunələri
ilə tanış olurlar. Rayon
haqqında müfəssəl məlumat əldə edən
turistlər bölgənin gəzməli-görməli məkanlarını
ziyarət edirlər.
Mədəniyyət.- 2015.- 30
sentyabr.- S. 15.