Qurban bayramında əsgərlərə
musiqi töhfəsi
Sentyabrın 24-də Füzuli rayonu Aşağı Alıxanlı kənd klubunun “Qarabağ” ansamblı Qurban bayramı münasibətilə N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.
Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın səslənməsi ilə başlayan konsert “Cəngi”, “Misri”, “Azərbaycan əsgəri”, “Qarabağ şikəstəsi” kimi vətənpərvər ovqatlı musiqilərlə davam edib.
Ansamblın solisti Bağman Musayevin
ifasında ritmik muğam
parçaları və təsniflər əsgərlərin
ürəyincə olub. Yazıcılar Birliyinin üzvü, “Qarabağ” instrumental
ansamblının rəhbəri, şair-publisist
Kərəm Salahoğlunun oxuduğu
vətənpərvərlik mövzulu
şeirlər hərbçilərimizin əhval-ruhiyyəsinə
rəng qatıb.
Mədəniyyət.- 2015.- 30
sentyabr.- S. 15.