Festivalın maraqlı konsert proqramları

 

Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalının maraqlı konsert proqramlarından biri sentyabrın 25-də Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşdi.

 

Baku Canta Napoli” adlı konsert proqramında məşhur italyan dirijoru Fabrisio Festanın idarə etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dünya bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət kompozisiyaları səsləndirdi.

Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo çıxış edərək festival çərçivəsində müxtəlif ölkələrdən olan musiqiçilərin iştirakı ilə silsilə konsertlərin təşkil edilməsini yüksək qiymətləndirdi.

Gecədə italiyalı pianoçu Rikkardo Pyaçentininin müşayiəti ilə solistlər Tisiani Skandaletti və Azərbaycanın Xalq artisti Samir Cəfərov çıxış etdi. Görkəmli İtaliya bəstəkarları C.VerdininTraviata” operasından prelüd”, F.Festanın “İtaliya üslubunda uvertüra”, G.DeraconunNeapolitan xalq havaları əsasında simfonik fantaziya”, S.BiksionunMamma”, F.Tostinin “A Vucchellaneapolitan mahnıları və digər musiqilər maraqla qarşılandı.

* * *

Sentyabrın 27-də Rəşid Behbudov adına Mahnı Teatrında VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının çərçivəsində Gülarə Əliyeva adına “Dan ulduzuinstrumental ansamblının konserti oldu.

1968-ci ildə istedadlı pianoçu, Əməkdar incəsənət xadimi Gülarə Əliyeva tərəfindən yaradılan ansambl Azərbaycanın musiqi səmasında öz adına layiq yer tutub. G.Əliyeva ansamblın bədii rəhbəri və fortepiano ifaçısı idi. 1991-ci ildə Gülarə xanımın vəfatından sonra kollektivə Əməkdar incəsənət xadimi, pianoçu Həsənağa Qurbanov rəhbərlik edib. 2007-ci ildən ansamblın bədii rəhbəri, tarzən, Əməkdar artist Tariyel Abbasovdur.

Konsert Gülarə Əliyevanın “Şur fantaziyası” ilə başladı. Ansamblın solistləri Rövşən Əziz, Şəhla Həmidova və başqalarının ifasında “Getdi”, “Bu gecə”, “Ceyranım”, “Qayıt gəl ” və s. populyar mahnılar ifa olundu. Konsert sürəkli alqışlarla başa çatdı.

 

S.Fərəcov

 

Mədəniyyət.- 2015.- 30 sentyabr.- S. 9.