İncəsənət
ustalarının kənd əhalisi ilə
yaradıcılıq görüşləri
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 21-də tanınmış incəsənət ustalarının Göygöl rayonunda əhali ilə görüşləri keçirilib.
Sentyabrın 22-23-də daha iki görüş Gəncə şəhərində Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə və Samux şəhərində təşkil olunub.
Tədbirlərin məqsədi bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, o cümlədən gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə yaxından tanış olmasıdır.
Konsert proqramında iştirak edən xalq artistləri Canəli Əkbərov, Simarə İmanova, Cəmilə Bayramova, Zabit Nəbizadə, əməkdar artistlər Gülüstan Əliyeva, Zakir Əliyev, Azad Şükürov, aktrisa Zülfiyyə İsmayılova, gənc estrada müğənnisi Vüsalə Əsgərova, musiqiçilər Altay Niftəliyev, Araz Ağaverdiyev tamaşaçılara rəngarəng musiqi nömrələri, poeziya dəqiqələri təqdim ediblər.
Yaradıcılıq görüşlərində Azərbaycanı tərənnüm edən mahnılar, şeirlər səslənib, ölkəmizin dinamik inkişafından söz açılıb.
Kəlbəcər və Samux
rayon İcra Hakimiyyətlərinin
rəsmiləri bu cür
tədbirlərin əhəmiyyətini qeyd
edərək Mədəniyyət və Turizm
Nazirliyinə təşəkkürlərini bildiriblər.
Mədəniyyət.- 2015.- 30
sentyabr.- S. 9.