Böyük məslək dostları

 

Üzeyir Hacıbəyli festivalında Müslüm Maqomayevə həsr olunan elmi konfrans

 

Sentyabrın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın məsləkdaşı Müslüm Maqomayevin 130 illiyinə həsr olunmuş elmi konfrans keçirildi.

Konfransı açan ittifaqın sədri, Xalq artisti Firəngiz Əlizadə bildirdi ki, Üzeyir bəy və Müslüm Maqomayev Azərbaycan mədəniyyətinin böyük sərvətidir. Bu iki sənətkarı bir-birinə mənəvi tellər bağlayıb. Müslüm Maqomayev Azərbaycan peşəkar musiqili teatrının banilərindən sayılır. Novator bəstəkar milli musiqi tariximizdə əbədi yaşayacaq.

Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva “Məslək dostları” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd olundu ki, Qori Seminariyasını bitirəndən sonra Şimali Qafqazda, Lənkəranda müəllim işləyən M.Maqomayev Üzeyir bəyin məsləhəti ilə Bakıya gəlir, onun yaratdığı teatr truppasının rəhbəri olur. “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şeyx Sənan” operalarına, “O olmasın, bu olsun”, “Arşın mal alanmusiqili komediyalarına dirijorluq edir.

Eyni zamanda musiqi kollektivlərinin yaranmasında böyük səy göstərir. Uzun müddət OperaBalet Teatrına, radionun musiqi şöbəsinə rəhbərlik edir. O, bəstəkar kimi musiqi sənətində ilk olaraq simfonik orkestr üçün “Azərbaycan çöllərində” əsərini bəstələyir. M.Maqomayev Azərbaycan musiqi sənəti tarixində mühüm yeri olanŞah İsmayıl” və “Nərgiz” operalarının müəllifidir.

Daha sonra Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz QuliyevinMüslüm MaqomayevinŞah İsmayıl” operasının quruluşu” və sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Səfərovanın “Müslüm Maqomayev - zamanın səddini aşmış bəstəkar” mövzusunda məruzələri dinlənildi.

 

Savalan

 

Mədəniyyət.- 2015.- 30 sentyabr.- S. 9.