“Mənim məhəbbətim
heç bir zaman sönməyəcək...”
Sentyabrın 23-də VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Opera və Balet Teatrında məşhur italyan bəstəkarı Cakomo Puççininin “Manon Lesko” operasının konsert ifası təqdim olundu.
Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysterlər Vəfa Əzizova, Roza Səlimova, tamaşanı idarə edən Əməkdar mədəniyyət işçisi Kamil Sultanov idi. Operada obrazları Xalq artisti Samir Cəfərov (Kavaler de Qrie), əməkdar artistlər Afaq Abbasova (Manon Lesko), Əkrəm Poladov (Qeront de Ravuar), Anton Ferştandt (Lesko) və başqaları ifa edirdilər.
C.Puççini
yaradıcılığının möhtəşəm
nümunəsi hesab olunan
“Manon Lesko” operası ilk dəfə 1893-cü il
fevralın 1-də İtaliyanın Turin
şəhərində səhnəyə qoyulub.
Operanın librettosu Antuan Fransua Prevonun “Kavaler de Qrie və Manon
Leskonun hekayəsi” kitabı əsasında yazılıb.
Əsərdə hadisələr XVIII əsrin
ikinci yarısında Fransada və Amerika müstəmləkələrinin
birində cərəyan
edir.
Qavrda avaralıq
və yüngül həyat tərzinə görə mühakimə
olunan qadınları Amerika koloniyasına aparacaq gəmi yola çıxmağa hazırlaşır. Manon da bu qadınların içərisindədir.
De Qrie və
Lesko keşikçiləri
ələ alaraq Manonu qaçırmaq istəyirlər. Lakin
onların planı baş tutmur... Sürgündəkilərin həyatı çox
ağır keçir.
Üstəlik düşərgə rəisinin oğlu Manona sahib olmaq istəyir. De Qrie isə onu
öldürür. Manon və
de Qrie yenidən qaçmağa məcbur olurlar. Manon de Qrienin qolları arasında ölür: “Mənim günahımı
zaman ört-basdır edəcək, cinayətlərim
unudulacaq. Lakin mənim məhəbbətim
heç bir zaman sönməyəcək”.
Dünya səhnələrində alqışlar
qazanan operanın konsert ifası Azərbaycan tamaşaçılarının
da marağına səbəb oldu.
Rəsul Şirinov
Mədəniyyət.- 2015.- 30
sentyabr.- S. 8.