Nabat” bədii filminin
növbəti uğuru
Rejissor Elçin Musaoğlunun ötən il “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkdiyi “Nabat” bədii filmi 19-25 sentyabrda Qazaxıstanın Almatı şəhərində keçirilən XI Avrasiya kinofestivalında uğurla iştirak edib. Ekran əsəri “Ən yaxşı rejissor işi” və “Ən yaxşı aktrisa” (Fatimə Motamed Arya) mükafatlarına layiq görülüb.
Qarabağ müharibəsini
əks etdirən, güclü milli ruhun
daşıyıcısı olan Azərbaycan
qadınının parlaq obrazının
yaradıldığı “Nabat” filmi indiyədək bir
sıra festivallarda, o
cümlədən 71-ci Venesiya
kinofestivalında maraqla
qarşılanıb. Film Almaniyanın Manheym və Heydelberq şəhərlərində
keçirilən 63-cü beynəlxalq kinofestivalda
“Beynəlxalq tənqidçilər mükafatı” və “Ekumenik jürinin
mükafatı”nı, Tripoli (Livan) festivalında isə “Ən yaxşı
tammetrajlı bədii film”
mükafatını qazanıb.
Mədəniyyət.- 2015.-30
sentyabr.- S. 8.