Musiqili Teatrda premyera - “Qafqazlı qardaşqızı”
Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasının premyerası olub. Teatrın yeni mövsümdə ilk premyerası anşlaqla keçib. Rauf Hacıyevin möhtəşəm musiqisi hamını heyran edib. Peşəkar aktyor oyunu, rejissor yozumu tamaşaçıların böyük marağına səbəb olub.
Tamaşadan sonra bəstəkarın oğlu, hazırda Türkiyədə yaşayan rejissor, Əməkdar incəsənət xadimi Fuad Hacıyev telefon açaraq Musiqili Teatrın kollektivinə öz minnətdarlığını bildirib, “Qafqazlı qardaşqızı” operettasına yeni səhnə həyatının verilməsində əməyi olan hər kəsə təşəkkür edib.
Teatrın rus
bölməsində hazırlanan, beynəlxalq layihə kimi Musiqili Teatrın
tarixinə yazılan tamaşanın quruluşçu
rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, quruluşçu dirijoru
Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu
rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq
Akademiyasının üzvü, professor Dmitri Çerbadji, quruluşçu
baletmeysterləri Leyla və Zakir Ağayevlərdir. Rolları əməkdar
artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva,
Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Firuz Məmmədov,
Mehriban Zalıyeva, Elçin
İmanov, Marina Litvinenko, Yuliya Heydərova,
Nicat Həbibov, Rauf Babayev, Emil Heydərov, Nadejda Povelitsina, Əliməmməd
Novruzov ifa edirlər.
Mədəniyyət.- 2015.- 30
sentyabr.- S. 7.