“Tolerant
Azərbaycan gənci” mövzusunda sərgi
Mədəniyyət və İncəsənət Universitetində “Tolerant Azərbaycan gənci” mövzusunda sərgi açılıb. Gənc rəssam və heykəltəraşların tolerantlıq mövzusunda 70-dən çox əsərinin yer aldığı sərgi ilk dəfə bu ilin mayında Azərbaycan Rəssamlar İttifaqında, Vyanada və Avropa Oyunlarının “Atletlər kəndi”ndə nümayiş olunub.
Mərasimdə universitetin prorektoru Məryəm Əlizadə çıxış edərək maraqlı, aktual mövzuya həsr olunan sərginin əhəmiyyətindən danışıb. Xalq rəssamları Ağəli İbrahimov, Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev layihə barədə fikirlərini bölüşüb, sərgidə gənclərin fəal iştirakını yüksək dəyərləndiriblər. Bildirilib ki, sərgi bundan sonra da müxtəlif ölkələrdə nümayiş etdiriləcək.
Sonra sənətşünas
Dilarə Müzəffərli rəhbəri olduğu
layihə və nümayiş etdirilən əsərlər
barədə məlumat verib. O, Prezident yanında Gənclər
Fonduna, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, Mədəniyyət
və Turizm Nazirliyinə, Vyanadakı Azərbaycan
Mədəniyyət Mərkəzinə, Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasına, Mədəniyyət və
İncəsənət Universitetinə layihəyə göstərdikləri
dəstəyə görə minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2015.- 30
sentyabr.- S. 4.