Nazir Əbülfəs Qarayev turizm sektoru təmsilçilərini təbrik edib

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin turizm sektoru təmsilçilərini beynəlxalq bayram, 27 sentyabr - Ümumdünya Turizm Günü münasibətilə təbrik edib.

Müraciətdə bildirilir ki, 1979-cu ildə Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının qərarı ilə təsis edilən əlamətdar gün planetimizin 150-dən çox ölkəsində qeyd olunur. Bu gün turizm dünya iqtisadiyyatının aparıcı sektoruna çevrilib, dünya üzrə ümumi daxili məhsulun təxminən 10 faizi bu sahənin payına düşür. 2014-cü ildə Yer kürəsində 1 milyard 100 milyondan çox insan turizm səfərinə çıxıb. Bu il Ümumdünya Turizm GünününBir milyard turist - bir milyard imkandevizi altında qeyd olunması da turizmin qlobal miqyasının göstəricisidir.

Bu qlobal imkanlar içində Azərbaycanın da məxsusi payı var. Azərbaycanın 2013-cü ildən Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının üzvü olması dünya turizm ictimaiyyəti tərəfindən ölkəmizə verilən dəyərin göstəricisidir”, - deyə müraciətdə vurğulanır.

Qeyd olunur ki, son illər Azərbaycanın dinamik iqtisadi inkişafı, ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısı turizm sənayesinin genişlənməsinə mühüm zəmin yaradıb. Bu gün turizm respublikamızda qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir. Həyata keçirilən infrastruktur layihələri, paytaxtımızda regionlarda yeni turizm təsislərinin, hotellərin istifadəyə verilməsi həm daxili turizmin inkişafına, həm xarici turistlərin ölkəmizə marağının artmasına səbəb olur.

Müraciətdə vurğulanır ki, Azərbaycanın zəngin tarixi-mədəni irsi turizm üçün böyük imkanlar deməkdir. Tarixi məkanlara daha geniş ictimai diqqətin cəlb edilməsi mədəniyyət turizm anlayışlarının vəhdətini bir daha sübut edir. Turizm sayəsində mədəniyyətlərarası dialoq, insanlar arasında mübadilə, dostluq münasibətləri yaranır.

Nazir müraciətin sonunda turizm sektoru təmsilçilərini, bu sahə ilə bağlı olan bütün insanları beynəlxalq bayram münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

 

Mədəniyyət.- 2015.- 30 sentyabr.- S. 3.