Turizm imkanlarımız Paris sərgisində

Sentyabrın 29-da Fransanın paytaxtı Parisdə "Top Resa 2015" beynəlxalq turizm sərgisi işə başlayıb. Oktyabrın 2-dək davam edəcək sərgidə Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Tədbirə həmçinin "Geo travel", "Gilan Tourism" "SW travel" şirkətləri qatılıb.

Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 34 kvadratmetr sahədə stend qurulub. Stendimiz sərgiyə gələn ziyarətçi iştirakçılara paylanması üçün ingilis fransız dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq Mədəniyyət Turizm Nazirliyi yerli turizm şirkətləri artıq yeddinci dəfədir ki, "Top Resa" beynəlxalq turizm sərgisində iştirak edir. Ötən il sərgiyə 159 ölkədən 1800-ə yaxın şirkət qatılmışdı.

 

Mədəniyyət.- 2015.- 30 sentyabr.- S. 3.