TÜRKSOY-un ənənəvi “Opera Günləri” sona çatıb

 

Bu il 18-ci dəfə keçirilən sənət bayramında ölkəmiz dörd ifaçı təmsil edib

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən olanOpera Günləri” sentyabrın 24-də Antalyada başa çatıb. Bu il 18-ci reallaşan və görkəmli qırğız sənətçisi Bolot Mincılkıyevin xatirəsinə həsr olunan tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan respublikalarından, ÇinŞimali Kiprdən 24 sənətçi qatılıb.

Sentyabrın 15-də İstanbulda start götürən və daha sonra Şimali Kiprdə davam etdirilən “Opera Günləri”ndə ölkəmizi Dövlət Akademik OperaBalet Teatrının solistləri - Əməkdar artist Fəridə Məmmədova (soprano), İlham Nəzərov (tenor), habelə balet ifaçıları Ayan EyvazovaAnar Mikayılov təmsil ediblər.

Türkdilli ölkələrin sənətçiləri TÜRKSOY-unOpera Günləri” ilə yanaşı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sentyabrın 5-dən 24-dək Antalyada keçirdiyi 22-ci Beynəlxalq Aspendos OperaBalet Festivalında da iştirak ediblər.

Türkiyədə mədəni turizmə mühüm töhfə verən festivalda bu il 3 konsert proqramı, 2 balet və 2 opera təqdim olunub. Antik teatr tamaşaçılarına əsrarəngiz, zövqlü sənət axşamları yaşadan festivala Koreya və Bolqarıstandan da operabalet ifaçıları qatılıblar.

Həm festivalda, həm də TÜRKSOY “Opera Günləri”ndə uğurla çıxış edən təmsilçilərimiz hər iki tədbirdən zəngin təəssürat aldıqlarını bildiriblər.

 

Fəridə Məmmədova: “Çox xoşbəxtəm ki, bu il 18-ci TÜRKSOY “Opera Günləri”ndə həmkarım İlham Nəzərov, balet ustaları Anar Mikayılov və Ayan Eyvazova ilə birgə iştirak edirəm. Budəfəki layihədə Azərbaycanı 4 nümayəndənin təmsil etməsi əlamətdar haldır. Çıxışlarımız rəğbətlə qarşılanırdı”.

 

İlham Nəzərov: “Türkiyənin qədim Aspendos teatrında çıxış edirik. Proqram genişdir, bəzən klassik, bəzən də milli musiqiyə müraciət etdik. Məsələn, keçən konsert proqramında klassik oxumuşdum, bu dəfə isə milli musiqi ifa etdim. Milli geyimdə Vasif Adıgözəlovun “Qərənfil” əsərini səsləndirdim”.

 

Mədəniyyət.- 2015.- 30 sentyabr.- S. 16.