Regionlarda mədəni
həyat
Mədəniyyət
və Turizm Nazirliyinin
prioritet fəaliyyət istiqamətlərindən
biri də ölkənin bölgələ rində mədəniyyət və turizmin inkişafıdır. Bu istiqamətdə
il ərzində müxtəlif tədbirlər
təşkil olunub, layihələr
həyata keçirilib.
Ölkə Prezidentinin tapşırığına
əsasən, mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin hər ay şəhər və rayonlarda
vətəndaşlarla görüşləri keçirilir. Azərbaycan Respublikasının
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
28 yanvar tarixində Göyçay,
21 fevralda Xaçmaz,
30 martda Ağsu, 28 aprel tarixində Masallı, mayın 30-da
Şəmkir, iyunun 24-də Abşeron, 25 iyul tarixində
Qax, 29 avqustda Qusar, 10 sentyabrda Qəbələ,
oktyabrın 31-də Ağdam, noyabrın 19-da Astara
və dekabrın 10-da Sabirabad rayonlarında
ətraf bölgələrin sakinlərini qəbul edib. Qəbullar zamanı qaldırılan
bir çox məsələlər
həllini tapıb, əhalinin müxtəlif xahiş və təşəbbüsləri
ilə bağlı tədbirlər görülüb.
Eyni zamanda rayon-şəhər mədəniyyət
və turizm müəssisələri
rəhbərlərinin iştirakı ilə keçirilən
zona müşavirələrində
həlli vacib məsələlərlə
bağlı müzakirələr aparılıb, tapşırıqlar
verilib.
İncəsənət ustalarının,
yaradıcı insanların yerlərdə sakinlərlə
görüşləri, bayramlarla bağlı qaçqın
və məcburi köçkünlər qarşısında
çıxışları bu il də diqqət mərkəzində
olub. Martın 16-18-də
qaçqın və məcburi köçkünlərin
məskunlaşdığı Tərtər və Goranboyda Novruz bayramı
münasibətilə konsert proqramı
təşkil edilib. Martın
19-da Novruz bayramı ərəfəsində,
iyunun 13-də Milli Qurtuluş Günü,
2 oktyabrda Qurban bayramı,
17 noyabrda Milli Dirçəliş
Günü münasibətilə Salyan rayonunda müvəqqəti
məskunlaşmış məcburi köçkün
ailələrinə ərzaq yardımı paylanıb. İyunun 13-də Abşeron
rayonunun Masazır qəsəbəsində Zəngilandan olan
məcburi köçkünlər üçün
salınmış şəhərcikdə Milli
Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib. Şamaxı, Qobustan, Quba, Siyəzən,
Beyləqan, Füzuli rayonlarında,
Xocavənd rayonundan olan
məcburi köçkünlər üçün
salınmış şəhərcikdə yaradıcı
ziyalıların əhali ilə görüşləri
də maraqla qarşılanıb.
Tanınmış incəsənət ustalarının
iştirakı ilə keçirilən yaradıcılıq
görüşləri həm yerli
əhalinin, həm də məcburi köçkün
həyatını yaşayan soydaşlarımızın
ölkəmizdə mədəniyyət sahəsində
əldə olunan nailiyyətlər barədə
geniş məlumat almasına,
gənc nəslin sənət adamları ilə yaxından
tanış olmasına əlavə imkan
yaradıb.
Sentyabrın 8-də Lerik rayonunda
Uzunömürlülərin Yaradıcılıq Festivalı
keçirilib. İlk dəfə keçirilən festival
Azərbaycanın uzunömürlülər diyarı
kimi təbliğ edilməsinə, regionlararası
mədəniyyət mübadiləsinin gücləndirilməsinə
xidmət edir.
Mədəniyyət.-2014.-30
dekabr.-S.7.