65 illik mədəni inkişaf
yolu
Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxanası “Mədəni inkişaf yolunda” biblioqrafik göstərici hazırlayıb. Şəhərin 65 illik yubileyinə həsr olunan toplu 10 bölmədən ibarətdir. Vəsaitdə Sumqayıtın mədəni həyatını əhatə edən kitab və dövri mətbuat materialları - ümumilikdə 1101 adda ədəbiyyat əksini tapıb.
Biblioqrafik göstərici
vasitəsilə oxucular Sumqayıtın mədəni
həyatının bütün sahələrini
əhatə edən ədəbiyyatlarla tanış ola bilərlər. Qeyd edək
ki, ilk belə biblioqrafik göstərici Sumqayıtın 60 illik yubileyi münasibətilə
2009-cu ildə hazırlanmışdı.
Mədəniyyət.- 2015.- 7
yanvar.- S. 14.