Lənkəran səhnəsində
“Dəmir qadın”
Nəcəf bəy Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrında özbək dramaturqu Şərəf Başbəyovun “Dəmir
qadın” tamaşasının premyerası olub.
Ailədə kişi ilə qadının
özünəməxsus rolundan bəhs edən
səhnə əsərinin quruluşçu
rejissoru Əməkdar artist
Adil Zeynalov, quruluşçu rəssamı Məmmədyar
Cəfərov, musiqi tərtibatçısı
Fərahim Fərəcovdur. Maraqla izlənilən
tamaşada əsas rolları Əməkdar
artist Sucəddin Mirzəyev, aktyorlar Əlibala Əsgərov,
Qızılgül Quliyeva, Niftulla
Əsgərov, Aynur Əhmədova, Məqsudə
Əliyeva ifa edirlər.
Mədəniyyət.- 2015.- 7
yanvar.- S. 11.