Bayram günlərindəŞahdağ”a 10 mindən çox turist gəlib

 

Qusar rayonunun ərazisində yerləşənŞahdağturizm kompleksinə bayram günlərində 10 mindən çox turist gəlib. İstirahət mərkəzində dincələnlər arasında xeyli əcnəbi yer alsa da, qonaqların əksəriyyəti yerli turistlər olub.

 

Bu qış mövsümdən etibarən kompleksdə yeni qondola qaldırıcısı işə salınıb. Bununla da xizəkçilər 6 yeni xizək enişindən istifadə etmək imkanı qazanıblar. Ötən mövsümdə sürüşmə zolaqlarının ən yüksək nöqtəsi 1435 metr idi. Hazırda isə bu göstərici 2100 metrə çatır. Genişləndirilmiş 16,8 kilometrlik xizəksürmə ərazisi burada saatda 11 min nəfərin xizək sürməsinə imkan yaradır. Ərazini daim qarla təmin etmək üçün 160 ədəd süni qar generatorları quraşdırılıb.

Yeni mövsümdə kompleksin ərazisində 5 kafe restoran istifadəyə verilib. Beşulduzlu “Park Chalet” hoteli Qaya Residences” fəaliyyətə başlayıb. “Park Chalet” hoteli 164 yataq otağı, barlar, restoranlar, fitnes spa mərkəzi ilə turistlərin istifadəsinə verilib.Qaya Residences”də isə ailələr rahat ev şəraitindən yararlana bilərlər.

Şahdağkompleksi 2013-2014-cü illər qış mövsümündə 85 minə yaxın turist qəbul edib. Bu qış mövsümündə isə təqribən 100 min turistin gələcəyi proqnozlaşdırılır.

 

 Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 7 yanvar.- S. 9.