ADMİU tələbələrinin
bayram konsertləri
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin “Aktyor sənəti”
fakültəsinin “Xoreoqrafiya sənəti
və səhnə plastikası” kafedrasının tələbələri
Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrında Yeni il
və Dünya Azərbaycanlılarının
Həmrəylik Günü münasibətilə konsert proqramı ilə çıxış
ediblər.
Müxtəlif ixtisaslarda təhsil alan tələbələrdən ibarət rəqs ansamblının və “Səda” uşaq studiyasının ifasında təqdim olunan milli və dünya xalqlarının rəqs nümunələri tamaşaçılarda xoş ovqat yaradıb. Konsertdə nümayiş olunan rəqs kompozisiyalarının quruluşunu “Xoreoqrafiya sənəti və səhnə plastikası kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ofeliya Zeynalova, fakültənin I kurs tələbəsi Nərgiz Məmmədova, II kurs tələbəsi, Prezident təqaüdçüsü Akif Kərimli və IV kurs tələbəsi, Prezident təqaüdçüsü Xamiz Cəfərov verib.
* * *
Dekabrın 28-də Lökbatan qəsəbəsi Ə. Əmirov adına Mədəniyyət Sarayında “Elm çırağı” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və “Səda” Tədris Teatrının dəstəyi ilə qəsəbədəki 39 saylı Kardiorevmatoloji Uşaq Sanatoriyasında müalicə alan uşaqlar, eləcə də Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasına üzv olan uşaqlar üçün Yeni il şənliyi keçirilib. Tədbirə “Elm çırağı” İctimai Birliyinin sədri, professor Naidə Məmmədxanova, Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Teatrının direktoru Mirələskər Aslanov, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin elmi katibi Əbülfəz Babazadə, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova, adı çəkilən təşkilatların üzvləri qatılıblar.
Mədəniyyət və İncəsənət
Universitetinin tələbələri
Əbdül Məcidli, Natəvan Mirzəliyeva, İslam Əlizadə, Aynurə Ədilova, Akif Məmmədzadə, Fikrət Gündüzlü, Mehriban
Sadıqova, Ruslan Alışan, Amil Cəfərov və Minarə
Əliyevanın iştirak etdiyi
konsert proqramı ilə böyük
maraqla qarşılanıb.
Mədəniyyət.- 2015.- 7
yanvar.- S. 7.