“Yevgeni
Onegin”in yubiley premyerası
Pyotr Çaykovskinin məşhur operasının tamaşasını azərbaycanlı dirijor Əyyub Quliyev idarə edib
Yanvarın 5-də Vasili Safonov adına Rusiya Dövlət Akademik Filarmoniyası və Opera Teatrının böyük zalında Pyotr Çaykovskinin “Yevgeni Onegin” operasının premyerası keçirilib.
Dahi rus bəstəkarının 175 illik yubileyinə həsr olunmuş premyera Rusiyanın Mədəniyyət Nazirliyi və V.Safonov adına Dövlət Akademik Filarmoniyasının təşkilati dəstəyi ilə reallaşıb.
Operanın musiqi rəhbəri - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu rejissoru Andrey Nogin, quruluşçu rəssamı Mariya Pavlova, işıq üzrə rəssamı Sergey Berejnoydur.
Əyyub Quliyev bildirib ki, tamaşada Rusiya, Azərbaycan və Belarusun tanınmış musiqiçiləri iştirakı ediblər. Əsas rolları beynəlxalq müsabiqələr laureatı Sergey Maydanov (Onegin), Rusiya Böyük Teatrın solisti İlya Qovziç (Lenski), beynəlxalq müsabiqələr laureatları Yelena Filimonova (Tatyana), Natalya Starkova (Olqa), “Gelikon Opera” və Böyük Teatrın solisti, Fyodor Şalyapin adına mükafatın laureatı Mixail Qujov və başqaları ifa ediblər.
Tamaşada eyni zamanda Rusiya Akademik Filarmoniyasının xoru və simfonik orkestri iştirak edib.
Tamaşadan sonra
səhnəyə dəvət olunan azərbaycanlı
dirijor və iştirakçı heyət
sürəkli alqışlara layiq görülüb. Qeyd edək
ki, dirijor Əyyub Quliyevin iştirakı ilə 2014-cü ildə
Rusiyada A.Rubinşteynin
“Demon”, C.Verdinin “Traviata”, P.Çaykovskinin
“İolanta” və Q.Donisettinin
“Sevgi şərbəti” operalarının
premyeraları gerçəkləşib. layiq
görülüb. Qeyd
edək ki, dirijor
Əyyub Quliyevin iştirakı ilə
2014-cü ildə Rusiyada A.Rubinşteynin
“Demon”, C.Verdinin “Traviata”, P.Çaykovskinin
“İolanta” və Q.Donisettinin
“Sevgi şərbəti” operalarının
premyeraları gerçəkləşib.
Mədəniyyət.- 2015.- 7
yanvar.- S. 6.