Məktəblilərin Həmrəylik Gününə musiqi töhfəsi

 

Dekabrın 29-da paytaxtdakı Əhməd Bakıxanov adına 6 saylı uşaq musiqi məktəbinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə konsert proqramı təqdim etdi.

 

Əvvəlcə məktəbin xor qrupu bayram əhval-ruhiyyəli üç mahnı səsləndirdi. Sonra skripka ixtisası üzrə müəllimlər Rəcəb Rəfiyev, Nigar BabayevaDiana Berimhanova aşağı sinif şagirdləri ilə skripkada müxtəlif əsərlər ifa etdilər. Fortepiano şöbəsinin orta sinif şagirdləri də öz bacarıqlarını nümayiş etdirdilər. Məktəbin müəllimlərindən Firuzə Əliyeva, Lalə Useynova, İnna Şaşkova, Sevda Hüseynova, Tamilla Kazımova və Raminə Ağayevanın şagirdlərinin çıxışı maraqla qarşılandı.

Xalq çalğı alətləri şöbəsinin müəllimləri də konsert üçün çox maraqlı repertuar seçmişdilər. Ansambl Əliağa Əliyevin rəhbərliyi altında "Qaytağı" və Tofiq Quliyevin "Qızların mahnısı"nı tamaşaçıların alqışları altında məharətlə ifa etdilər. Elxan Rəhimovun rəhbərlik etdiyi qarmonçalanlardan ibarət ansamblın ifası da alqışlara səbəb oldu.

Fuad Hüseynovun aşağı sinif şagirdi klarnetdə kiçik pyes ifa etdi. Bahar Daşdəmirovanın yetirməsi isə bir daha kamançanın gözəlliyini göstərərək dinləyiciləri valeh etdi.

Konsertin xoş məqamlarından biri isə paytaxtın digər musiqi məktəblərindən gəlmiş şagirdlərin ifası oldu. Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin müəllimi Həsənağa Nəhmətovun şagirdi Mustafa-Kamal Eyyubovun balabanda ifası səsləndi. Sonra həmin məktəbdə Nemət Qasımovun sinfində saz dərsi alan Samir Pənahov səhnədə göründü. Samirin səhnə mədəniyyəti və zərif ifası tamaşaçıları heyrətə gətirdi. Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbinin şagirdi Vaqif Hüseynovun ksilofonda ifası da maraqla qarşılandı.

Konsert proqramını Çingiz Absalimovun rəhbərliyi altında Ə.Bakıxanov adına 6 saylı uşaq musiqi məktəbinin nağara ansamblı tamamladı. Sonda məktəbin direktoru Almaz Əhmədova qonaqlarabütün şagirdlərə minnətdarlığını bildirdi.

 

Sevda Rəhimova

 

Mədəniyyət.- 2015.- 7 yanvar.- S. 6.