Yaponiya televiziyasında Naxçıvan
haqqında veriliş
Yaponiyanın “World Investors TV” internet televiziyası yeni ildə ilk verilişini Naxçıvan Muxtar Respublikasının 90 illik
yubileyinə həsr edib.
Yanvarın 5-də AzərTAc-ın Yaponiyadakı
bürosunun təşəbbüsü
ilə canlı yayımlanmış verilişdə
aparıcılar Kazuyasu
İşida və
Hiroko Ueyama Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası haqqında tamaşaçılara məlumat
veriblər. K.İşidanın ötən ilin
sonunda işıq üzü görmüş
“Yaponların tanımadığı,
sürətlə inkişaf
edən ölkə - Azərbaycan” bələdçi
kitabında bu qədim Azərbaycan torpağı haqqında da ətraflı məlumatların yer aldığı vurğulanıb.
Verilişdə Naxçıvanın müalicəvi
iqlimi, dərman bitkilərinin bolluğu, şəfalı mineral suları
ilə fərqləndiyi
də yapon tamaşaçıların diqqətinə
çatdırılıb. Bildirilib ki,
Naxçıvanın digər
bir möcüzəli
təbii səhiyyə
ocağı “Duzdağ”
Fizioterapiya Mərkəzidir.
Təbii
ehtiyatları 90 milyon
ton təşkil edən
bu mərkəz saf və təmiz
duz istehsalı ilə yanaşı, həm də şəfaverici xüsusiyyətlərinə
görə tanınıb.
Verilişdə AzərTAc-ın “Gəzdim
Azərbaycanı” layihəsi
çərçivəsində Naxçıvan Muxtar Respublikası barədə
çəkilmiş filmdən
parçalar da təqdim olunub.
Mədəniyyət.- 2015.- 7 yanvar.- S. 4.